«Qarabağ» Elvin Cəfərquliyevə görə təklfi gözləyir.
Ağdam klubu müqaviləsi gələn ilin yayında bitəcək müdlafiəçiini satmağa hazırdır.
Bununla bağlı menecerlərə məlumat verilib. Hətta agentlərdən bu prosesi sürətləndirmələri istənilib. B
u da göstərir ki, Qurban Qurbanovun sol cinah oyunçusunu əsas komandaya qaytarmaq fikri yoxdur. Baş məşqçinin dediyi kimi: «Biz onu indiyədək bağışlaya-bağışlaya gəlmişik».
Yaxın dostu Abbas Hüseynovla birlikdə əyləncə məkanında vaxt keçirdiyi üçün tanınmış mütəxəssisin gözündən düşən və əvəzedici heyətə göndərilən 25 yaşlı Elvinə bir neçə müştəri var.
Sadəcə, hamıya bəllidir ki, «Qarabağ» onu bir qıllı keçi qiymətinə satmayacaq. Böyük məbləğdə transfer haqqı istəyəcək.
Bu rəqəmlər isə altı «0»la ölçülür. Azərbaycanda da elə klub yoxdur ki, həmin pulu ödəsin.
Deməli, Cəfərquliyev ya Avropadan təklif gözləməlidir, ya da müqavilə müddəti bitənəcək «Qarabağ-2»də çıxış etməlidir.
SPORTİNFO.AZ

