“Qarabağ”a minnətdaram, amma bundan sonrakı arzum...” - “Sportinfo”ya şübhəli danışdı!

22:20 Qarabağ 207
“Qarabağ”a minnətdaram, amma bundan sonrakı arzum...”  - “Sportinfo”ya şübhəli danışdı!

“Əvvəl necə deyirdimsə, yenə o fikirdəyəm – bu gün “Qarabağ”da olmaqdan məmnunam.

Düzdür, çətin dönəmdəyik, bu gedişlə mövsümü titulsuz başa vuracağıq. Amma eybi yox”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın qapıçısı Mateuş Koxalski deyib.

2024-cü ildən “köhlən atlar”ın qapısını qoruyan polşalı futbolçunun adı zaman-zaman xarici klublarla yanaşı çəkilir.

Özü də verdiyi müsahibələrdə adlı-sanlı liqalarda çıxış etmək arzusunu gizlətməyib. Xüsusən Çempionlar Liqasındakı uğurlu oyunu Polşa millisinə də cəlb olunan Koxaya olan marağı artırıb.

Maraqlıdır, səbəbkar növbəti mövsümdə özünü hansı klubda görür? Azərbaycanı tərk etmək variantı nə dərəcədə realdır? Real təklifi var?

Öz dilindən eşidək:

“Hər bir futbolçunun uşaqlıq arzuları olur. Təbii ki, mən də arzularla yaşamışam.

Çempion olmaq, Çempionlar Liqasında oynamaq, milli komandanın şərəfini qorumaq, İngiltərə Premyer Liqasında çıxış etmək.

Allahıma şükürlər olsun ki, “Qarabağ” kimi böyük klubun sayəsində arzularım böyük hissəsi həyata keçdi.

Buna görə “Qarabağ”a sonsuz minnətdaram. Xüsusən Çempionlar Liqasındakı iştirakımız əla alındı, hər kəsin diqqətini çəkdi.

Bundan sonra ən böyük arzum “böyük beşlik” ölkələrində oynamaqdır, əsasən İngiltərə Premyer Liqasında. Əlimdən gələni edəcəyəm ki, karyeramı başa vurana qədər Premyer Liqanın həyəcanını hiss edim”.

25 yaşlı qapıçının “Qarabağ”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti