Qurban Qurbanov: “Mən bu addımı ona görə atdım ki...”

21:55 Qarabağ 338
Qurban Qurbanov: “Mən bu addımı ona görə atdım ki...”

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 29-cu turunun "Neftçi"(5:1) ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.

- Futbolçularımı təbrik edirəm. Yaxşı oyun göstərdilər və vacib üç xal qazandıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm.

- Start heyətini müəyyənləşdirmək üçün hansə detallar vacib oldu?

- Futbolçuların hazırlığına görə bu addımı atdım. Bəzi rotasiyalar atdım. Futbolçular sıx qrafikdə oynayırdılar. Bəzi oyunçuların yorğunçuluğu çox idi. Ona görə rotasiyalar etdik. Futbolçular yaxşı məşq edirdilər, hazırlaşırdılar. Özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər.

- Həmişə deyirsiz ki, "Neftçi" ilə oyun tamam başqadır. Son günlərin gərginliyi fonunda komandanı "Neftçi" ilə oyuna hazırlaşdırmaq əlavə güc tələb edir?

- Hazırlaşmağa bir o qədər vaxtımız da olmadı. Komanda şəklində bir məşqimiz oldu. "Neftçi"yə qarşı oynayırıqsa, futbolçulara çox motivasiya vermək lazım olmur. Bu oyunları oynamaq xoşdur. Azarkeşlər üçün də yaxşı oyun alınır. Vacib olan bundan sonrakı oyundur. Komandanı ona düzgün hazırlaşdırmağa çalışacağıq. Böyükhesablı qələbə futbolçulara rahatçılıq verə bilər. Bu oyuna hazırlamaq daha çətin olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti