Premyer Liqanın 25-ci turunda mövsümün tamaşaçı rekordu qeydə alındı.
Bu, “Qarabağ” – “Sabah” matçına (0:1) təsadüf etdi.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 min 338 seyrçi izlədi.
Bu oyunadək əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf eləmişdi. XXII turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 min 361 tamaşaçı seyr edib.
XXVIII turun oyunundakı nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidir. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/16 mövsümündə baş tutub.
2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” –“Qarabağ” oyununa 20 min 400 nəfər tamaşa edib.
“Sabah“la qarşılaşmanı izləyənlər arasında “Qarabağ“ın xeyli sayda xanım tərəfdarını gördük. Onlar üzgün idi.
Qeydə alınan məğlubiyyətin təsirindən. Çempionluq qatarının sevimli komandalarından uzaq düşməsinin yaratdığı pərişanlıq kameralara da tuş gəlib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

