Dünən bu gün və sabah - "Qarabağ" bu münasibətə layiq deyil!

19:00 Qarabağ 137
Dünən bu gün və sabah - "Qarabağ" bu münasibətə layiq deyil!

"Qarabağ" Azərbaycan futbol tarixinin ən böyük uğurunu bu mövsüm qazanıb.

Nə qədər qəribə səslənsə də ən böyük tənqidlərini də bu mövsüm hiss edib.

Qayıdaq bir qədər əvvələ...

Yayın sonları, digər təmsilçilərimiz avrokuboklarda adət etdiyimiz kimi əli aşından da, vəli aşından da əlini üzüb qayıtmışdılar.

Amma tənqid olunan Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan "Qarabağ" idi.

"Niyə hücumçu almırsan" sualı klubun dördbir tərəfini sarmışdı.

Prezident günahkar idi, baş məşqçi günahkar idi...

Hamının böyük məğlubiyyətlər gözlədiyi halda klub Avropada tarix yazdı. Ən yaxşı 24 komanda arasında yer alaraq pley-offa vəsiqə qazandı.

Hücumçu almadığı üçün linç edilən klub liqa mərhələsindəki 36 kollektivin yarısından çox məhsuldar çıxışla yadda qaldı.

Portuqaliyada "Benfika"nı ağ bayraq qaldırmağa vadar etdi.

Bakıdan son dünya çempionu "Çelsi"ni məyus yola saldı.

Almaniya təmsilçisinə məğlubiyyət yaşatdı.

Hücumçusuz ÇL olmaz...

Olandan sonra "darmadağınlar bizi gözləyir" deyənlərin proqnozları alt-üst olduğu üçün utanmaq əvəzinə bu dəfə az keçmədi ki, itirilən çempionluğa görə yenidən hücuma keçdilər.

Çünki hücumçusuz da uğurlu olmağa kor olanlara çempionluğun niyə əldən çıxması maraqlı deyildi.

Olsun, amma unutmayın ki, "Qarabağ" bu münasibətə layiq deyil.

Nə dünən, nə bu gün, nə də sabah!

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti