“Təmiz penalti idi” - “Qarabağ”ın qapıçısından REAKSİYA

25 Aprel 02:20 Qarabağ 492
“Təmiz penalti idi” - “Qarabağ”ın qapıçısından REAKSİYA

“Qarabağ”ın qapıçısı Fabian Buntiç ötən gün Azərbaycan kubokunun yarımfinalında “Sabah”a 1:2 hesabı ilə uduzduqları matçdakı hakim idarəçiliyindən danışıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli qolkiper son dəqiqələrdə baş hakim Rəvan Həmzəzadənin ağdamlıların penaltisini vermədiyini bildirib:

“Burada, ümumiyyətlə, şərhə ehtiyac yoxdur. Çünki hamı gördü ki, top ələ dəymişdi. Təmiz penalti idi”.

O, matçdan sonra baş verən qalmaqal barədə isə bunları deyib: “Hər şey göz qabağında idi. Hakim səhvləri yekunda gətirib belə hallara çıxarır”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO