"Qarabağ"ın əfsanəsi Ağdamda yaradılan yeni komandaya getdi - VİDEO

21:00 Qarabağ 193
"Qarabağ"ın əfsanəsi Ağdamda yaradılan yeni komandaya getdi - VİDEO

"Qarabağ"ın veteran futbolçusu Səttar Əliyev Ağdamda olub.

Ötənlərin tanınan müdafiəçisi Quzanlı Olimpiya Kompleksinin stadionuna baş çəkib.

O, burada yeni yaradılan "Ağdam" komandasının üzvləri ilə görüşüb.

"Qarabağ" klubunun formalarını Ağdamın yeni komandasına təqdim edib.

Əliyev 20 illik futbolçu karyerasını bütövlükdə "Qarabağ"a həsr edib.

Klubun ən ağır günlərində belə əslən Ağdamdan olan veteran müdafiəçi buranı tərk etməyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Hazırda "Qarabağ" klubunun akademiyasında çalışan Səttar Əliyevlə bağlı bəhs etdiyimiz videonu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti