Qurban Qurbanov bu FOTOdan sonra… Yekun qərarı verdi!

13:00 Qarabağ 517
Qurban Qurbanov bu FOTOdan sonra… Yekun qərarı verdi!

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev komandasının kubokun yarımfinalında “Sabah”a 2:1 hesablı məğlubiyyətindən sonra paylaşım ilə diqqət mərkəzinə düşüb.

O, oyundan sonra sosial şəbəkə hesabında idman zalından qum saatı və ilan emojisi ilə müşayiət olunan paylaşım edib.

Xüsusən də paylaşımın komandasının uğursuz nəticəsindən dərhal sonra edilməsi diqqətdən yayınmayıb.

Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqları üçün əsas heyətdən uzaqlaşdırılıblar.

Demə, cütdük «Şamaxı» ilə səfər qarşılaşmasından Bakıya qayıdan kimi əylənməyə yollanıb. Vaxtlarını gecə klubunda keçirblər.

Məhz bu üzdən Elvinin paylaşımı adi sosial media postundan daha çox, üstüörtülü mesaj kimi qəbul olunub.

Qurban Qurbanov artıq sözügedən fotoyla tanışdır. Baş məşqçinin əvəzedici heyətə göndərdiyi müdafiəçini yaxınlarda geri qaytaracağı gözlənilirdisə, son «post» vəziyyəti lap tündləşdirib.

Dönüş iyundan tez baş tutmayacaq. Təcrübəli mütəxəssisin sol cinah oyunçusunu növbəti mövsümdə də sərəncamında görmək istəmədiyi barədə əlimizdə məlumat var.

Qurbanov millinin üzvünün yayda transferə çıxarılmasını tapşırıb. O, həmin müddətədək fərdi məşq etməli olacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!