«Qarabağ» Premyer Liqanın 28-ci turunda «Sabah»la qarşılaşdı.
Çempionluğun taleyini böyük ölçüdə həll edən oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi.
«Köhlən atlar» ilk hissənin qapısında gördüyü qolla vacib qarşılaşmanı uduzdu və birincilik şansını möcuzələrə buraxdı.
Qeydə alınan nəticə Ağdam klubunun fanatlarının yer aldığı tribunaları dərin sükuta qərq etdi.
Bir azyaşlı azarkeş isə bu mənzərənin təsiri altında göz yaşlarına hakim ola bilmədi. O, ağlayaraq, əlini meydana tərəf uzadaraq içindəki hirsi çıxardı.
Ətrafdakıların ona zillənmiş gözlərindən sıxılmayaraq, bütün səmimiyyəti ilə…
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

