"Qarabağ" mövsümdə 4-cü dəfə qarşılaşdığı "Sabah"ı yenə məğlub edə bilmədi.
"Bayquşlar"ın 10 nəfərlə qalması da Ağdam təmsilçisinin işinə yaramadı - 0:1.
Bununla da 4 mövsümlük aradan sonra böyük ölçüdə çempionluq titulu əldən çıxmış oldu.
Təbii ki, bu mənzərədən meydan sahiblərinin azarkeşləri çox məyus idi.
Amma belə anda da futbolçularına sahib çıxmasını bildilər.
Hər kəs bir ağızdan kapitan Bədavi Hüseynovdan komandanı yanlarına gətirməsini istədi.
XANOĞLAN / SPORTİNFO.AZ
Sonra tərəflər arasındakı yaşananlara isə aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

