“Mən “Qarabağ”da əlimdən gələnin ən yaxşısını etməyə çalışıram”

16:20 Qarabağ 165
“Mən “Qarabağ”da əlimdən gələnin ən yaxşısını etməyə çalışıram”

“Ağır oyun oldu, hər iki komanda qələbə qazanmaq üçün meydana çıxmışdı”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Mateuş Koxalski deyib.

Polşalı kiper Premyer Liqanın 28-ci turunda “Sabah” ilə keçirilən oyun (0:1) barədə danışıb:

“Mübarizə çox gərgin keçdi. Təəssüf ki, bu dəfə istədiyimiz nəticəni əldə edə bilmədik.

Lakin bir neçə gün sonra kubokda yenidən “Sabah” ilə qarşılaşacağıq. Ümid edirəm ki, həmin oyunda daha yaxşı çıxış edərik və mərhələni keçən tərəf biz olarıq.

Mən hər oyuna maksimum hazırlaşmağa və əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Ümid edirəm ki, növbəti görüşdə hər şey bizim üçün daha yaxşı olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti