“Qarabağ” Premyer Liqanın 27-ci turunda xal itkisi ilə üzləşməklə çempionluq yolunda növbəti zərbəni aldı.
Ötən ay “Kəpəz”ə uduzan “köhlən atlar” (0:1) bu dəfə “Şamaxı”nın müqavimətini qıra bilmədi.
Oyun günü Şamaxıya gələn 100-dən artıq “Qarabağ” azarkeşi sevimli komandasından qələbə gözləsə də, bu, baş vermədi.
Buna baxmayaraq, tərəfdarlar matçdan sonra komanda üzvlərinə sevgi və dəstək nümayiş etdirməklə nümunəvi addım atdı.
Futbolçuları tribunanın önünə səsləyən “Qarabağ”sevərlər onların şəninə şüarlar səsləndirdi, oyunçuları paltardəyişmə otağına alqışlarla yola saldı.
HƏBİB / SPORTİNFO.AZ
“Sportinfo”nun obyektivinə tuş gələn xoş mənzərənin görüntülərini təqdim edirik.

