Bu saç-saqqalları ağarmışlar “Qarabağ”la oyuna gəlsəydi...

09:40 Qarabağ 146
Bu saç-saqqalları ağarmışlar “Qarabağ”la oyuna gəlsəydi...

2026-cı ilin çempionu «Qarabağ» olmayacaq - yəqin ki, daha buna şübhə edən qalmayıb.

Dünyanın səkkizinci möcüzəsinin baş vermə ehtimalı daha realdır, nəinki «Sabah»ın son 5 turda 13 xallıq fərqi əldən verməsi.

«Qarabağ» artıq səkkiz oyundur ki, «Sabah»a qalib gələ bilmir. Bu, elə-belə siqnal olmamalıdır Qurban Qurbanov üçün.

Son qarşılaşma isə ümumiyyətlə. «Qarabağ» 50 dəqiqə azlıqda qalan rəqibin qapısına bərabərlik qolunu da vura bilmədi.

«Sabah» necə müdafiə olunmağın dərsliyini yazdı «Tofiq Bəhramov»da. Premyer Liqanın praqmatik futbol oynadan baş məşqçiləri - Kurban Berdiyevlə Jorj Kaşkilya kaş stadion olardı!

Bu saç-saqqalları ağarmışların belə, gənc həmkarları Valdas Dambrauskasdan öyənəcəyi çox şey var.

Qurban Qurbanov ikinci hissədə bir neçə dəyişikliyə getdi - yarımmüdafiənin mərkəzini və cinahlarını sürətləndirmək, hücum xəttini dinamikləşdirmək üçün.

Cərimə meydançası daxilində və önündə iki «səngər» qazmış «Sabah»ın oyunçuları yorulmaq bilmədi, sıx oynadı, yaxın oynadı, bir-iki epizoddan artıq fürsət vermədi «Qarabağ»a.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 19:40 Çək və bizə göndər!