"Qarabağ"dan ayrılacaq Abbas Hüseynovun artıq yeni klubu da məlumdur.
30 yaşlı müdafiəçi mövsümün sonu "Zirə" ilə anlaşacaq.
Artıq tərəflər arasında ilkin anlaşma baş tutub.
Azərbaycan millisinin sabiq üzvü 2017-ci ildən Ağdam klubunda çıxış edir.
O, arxada qalan müddətdə "Qarabağ"ın formasında keçirdiyi 182 görüşdə 6 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Hüseynov Premyer Liqanın 27-ci turunda "Şamaxı" ilə qolsuz bitən görüşdən sonra nizam-intizam qaydalarını pozduğu üçün əvəzedici komandaya göndərilib.
XANOĞLAN / SPORTİNFO.AZ

