"Qarabağ" Kevin Medina ilə bağlı qərarını verdi - Gedir, yoxsa qalır?

19:00 Qarabağ 322
"Qarabağ" Kevin Medina ilə bağlı qərarını verdi - Gedir, yoxsa qalır?

"Qarabağ"ı tərk edəcək oyunçu karvanına Kevin Medina da qoşulacaq.

34 yaşlı müdafiəçi ilə klub arasında bu barədə ilkin danışıq olub.

Baş məşqçi Qurban Qurbanov təcrübəli oyunçunun gedişinə qarşı deyil.

Son oyunlarda ciddi səhvlərlə yadda qalması, yaşının çoxluğu ayrılığı labüd edir.

Medina 2020-ci ildən "Qarabağ"ın formasını geyinir.

Kolumbiyalı legioner Ağdam klubunda keçirdiyi 198 oyunda 6 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti