Elvin Cəfərquliyev üçün sonun başlanğıcı, yoxsa... - QƏRAR ANI

20:20 Qarabağ 675
Elvin Cəfərquliyev üçün sonun başlanğıcı, yoxsa... - QƏRAR ANI

İnsanın özünə etdiyi pisliyi el yığışsa edə bilməz.

Elvin Cəfərquliyevin başına gələnlər mənə bu məsəli xatırlatdı.

25 yaşlı futbolçu karyerasının zirvəsində idi.

Çempionlar Liqasında vurulan qollar, edilən məhsuldar ötürmələr, ən yaxşı oyunçu nominasiyası və.s.

Daxili yarışlardakı əla performansı, ilin ən yaxşısı, milli komandanın ən yaxşısı...

Bir azərbaycanlı futbolçu üçün bundan pik nöqtənin xəyalı belə yoxdur.

Qalırdı zirvədə qalmaq, peşəkar olmaq, daha da inkişaf etmək.

Zirvəyə qalxmaq çətindir, orada qalmaq isə daha çətin.

Cəfərquliyev çətin olanı bacardı, amma daha çətinində ilişdi.

Peşəkar ola bilmədi.

Bu günün işi deyil, Elvinlə bağlı xoş olmayan xəbərləri ötən yaydan alırdım.

Gec, ya tez sonunun belə olacağını da bilirdim.

Və oldu.

Hər halda Qurban Qurbanovun da səbri bir yerə qədərdir.

Sonsuza deyil.

O da müdafiəçinin hərəkətlərinə sonda partladı.

Əvəzedici komandaya gediş son deyil. Toparlanıb yenidən daha güclü Elvin kimi qayıtmaq olar. Bu cəzadan dərs çıxarmaq mümkün olsa.

Amma əvəzedici komandaya göndərilmək ölkənin bir nömrəli futbolçusu üçün sonun başlanğıcı da ola bilər.

Hamımızın arzuladığı, istədiyi birinci variantın baş tutmasıdır.

Söz Elvindədir - Ya özünü xilas edəcək, ya da öz istedadını erkən məhv edən növbəti futbolçu kimi futbol tariximizə keçəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti