Millidə "Qarabağ" hegemonluğu və ya yeni dövrün ilk işartıları

20 Aprel 22:20 Qarabağ 197
Millidə "Qarabağ" hegemonluğu və ya yeni dövrün ilk işartıları

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası aprelin 13-dən Qəbələdə təlim-məşq toplanışındadır.

Dünya çempionatına hazırlıq çərçivəsində 24 oyunçu baş məşqçi Rui Jorjun sərəncamındadır.

Siyahıda bir məqam diqqət çəkir.

24 futbolçudan nə az, nə çox 11-i "Qarabağ"ın akademiyasının üzvlərdir.

Bu isə təxminən ümumi komandanın 46%-i deməkdir.

Zədə səbəbindən Əli Bəşirov düşərgədən erkən ayrılmalı oldusa, digər 10 futbolçu toplanışda iştirak edirlər.

Ağdam klubu son 3 ildə uşaq futboluna diqqəti bir xeyli artırıb.

Akademiya komandalarının nəticələrində, millilərə dəvət olunan oyunçuların artan sayında bunu hiss edirdik.

Budəfəki say işlərin qısa müddətdə nə qədər irəliləməsini əyani gözlər önünə sərmiş olur.

Deməli, yuxarıdakı say təsadüfi rəqəmlər yox, qısa müddətdə ortaya qoyulan əməyin məhsuludur.

Yeni əfranların, qaraların, maksimlərin qoxusu gəlir.

Yaxın gələcəkdə əsas komandada bu gəncləri görsəniz heç təəccüblənməyin.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 18:10 Çək və bizə göndər!