“İstəyərəm ki, “Sabah” kimi, digər klublarımız da bizimlə mübarizə aparsınlar”

14 Mart 01:20 Qarabağ 607
“İstəyərəm ki, “Sabah” kimi, digər klublarımız da bizimlə mübarizə aparsınlar”

“Sabah”la aramızda rəqabətin olması çox gözəldir”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev deyib.

26 yaşlı cinah oyunçusu Azərbaycan Kuboku və Premyer Liqa çempionluğu uğrunda “Sabah”la mübarizənin maraqlı olduğunu qeyd edib:

“İstəyərəm ki, “Sabah” kimi, digər klublarımız da bizimlə belə mübarizə aparsınlar. Çünki belə olduqda inkişaf da olur.

Mənə çox xoşdur ki, “Sabah”la həm kubokda, həm də çempionatda oynayacağıq. Bizi ağır oyunlar gözləyir”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə