"Bundan sonra "Qarabağ"la oynamaq asan olmayacaq" - XƏBƏRDARLIQ!

21:00 Qarabağ 327
"Bundan sonra "Qarabağ"la oynamaq asan olmayacaq" - XƏBƏRDARLIQ!

Premyer Liqa sona yaxınlaşdıqca çempionluq uğrunda mübarizə daha da alovlanır.

23-cü turda lider "Sabah" "Qəbələ"ni (7:1), son çempion "Qarabağ" isə "Araz Naxçıvan"ı (6:0) darmadağın etdi.

Bu nəticədən sonra "tələbələr" 56 xalla birinci pillədəki yerini qorudu.

"Neftçi" ilə ehtiyatda oyunu qalan "Qarabağ" isə 7 xal geridə olmaqla ikinci sırada qərarlaşıb.

Sportinfo.az-a açıqlama verən Ağdam klubunun veteran müdafiəçisi Azər Məmmədov mövcud durumu dəyərləndirib və gələcəklə bağlı gözləntilərini dilə gətirib:

"Böyük ölçüdə hansı klubların hansı yerlər uğurunda mübarizə aparacağı məlum olub.

Son illər "Qarabağ"ın çempionluğuna alışmışıq. Sona həftələr qalmış bu məlum olurdu.

Sonuncu dəfə "Neftçi"nin çempion olduğu ildə "Qarabağ"la sona qədər gərginlik davam etmişdi.

Bu mövsüm sanki onun bənzəridir. Görsənən odur ki, "Sabah" oyunu və cədvəldəki yeri ilə "Qarabağ"a əsl rəqibdir.

Bu iki komanda arasında rəqabət gedəcək. Məncə, son turlarda qalibin kim olacağını görə biləcəyik. Sevindirici hal odur ki, bu cür rəqabət görürük.

"Qarabağ"ın Çempionlar Liqasındakı məsuliyyəti də bugünkü vəziyyətin əsas səbəblərindən biridir. Çünki Çempionlar Liqası böyük yük idi. Artıq komanda Avropadakı uğurlu çıxışını başa vurub deyə, rahat şəkildə bütün diqqətini daxili yarışlara yönəldəcək.

Bundan sonra "Qarabağ"la oynamaq digər klublar üçün asan olmayacaq".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti