“Hər futbolçu elə müqavilə təklifinə “yox” deyib, bu cür riskə getməz”

16:00 Qarabağ 136
“Hər futbolçu elə müqavilə təklifinə “yox” deyib, bu cür riskə getməz”

«Razılaşaq ki. 29 yaşında olan hər futbolçu elə müqavilə təklifinə «yox» deyib, bu cür riskə getməzdi».

Bu fikirlər Sportinfo.az saytının və "Sportinfo TV"nin baş redaktoru İlkin Fikrətoğluna məxsusdur.

O, bir müddət öncə Çindən əla transfer təklifi alan, «Qarabağ»ı mövsümün gedişində tərk etmək istəməyən Bəhlul Mustafazadənin zədələnməsindən söz açıb:

«Bəhlul Mustafazadə artıq yanvarda Çin Superliqasından - «Şenjen Pinq Siti»dən təklif aldı. Özü də karyerası ərzində indiyədək görmədiyi məbləğdə müqavilə!

Amma çinlilərin «Nyukasl»la matçda oynama, dərhal bizim komandaya qoşul» tələbinə cavab olaraq,

Mustafazadə Çempionlar Liqasının pley-off mərhələsində oynamağı üstün tutdu. Təəssüf ki. o da qismət olmadı.

«Nyukasl»la Bakıdakı ilk oyunun 22-ci dəqiqəsində ağır zədə alaraq, bir neçə aylıq yaşıl meydanlardan kənarda qalmalı oldu. Keçmiş olsun, Bəhlul!

«Qarabağ»ın bu avrokubok mövsümündə nələr etdiyini, hansı uğurlara imza atdığını, ölkə futboluna hansı dividentlər, qazanclar gətirdiyini xatırladıq.

Ölkəni Avropada layiqli təmsil etmk bax belə olur, daha bir, ya uzağı, ikinci mərhələdən evə qayıtmaq yox».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti