Çempionlar Liqasının 1/8 finalının ilk oyunlarından sonra “Qarabağ” komandası turnirin ən çox seyv edən komandaları siyahısında hələ də qalıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu 45 seyvlə "Brügge" ilə bərabər, dördüncü yerdədir.
"Bodo-Qlimt" (59) ən yaxşı göstəriciyə malikdir. Lakin bütün bu seyvləri edən "Qarabağ"ın qapıçısı Mateuş Koxalski bu kateqoriyada üçüncü yerdədir.
Onu "Bodo-Qlimt"in qapıçısı Nikita Xaykin (59) və “Real”ın qolkiperi Tibo Kurtua (52) qabaqlayır.
Bundan əlavə, "Qarabağ”ın müdafiəçisi Kevin Medina topu geri qaytarmaqda (74) 2-ci yerdən 3-cü yerə düşüb.
"Atletik"in müdafiəçisi Aytor Paredes bu kateqoriyada ən yaxşı olaraq qalır (77), "Bodo-Qlimt"dən Odin Byortuft isə ikinci pillədədir (75).
"Qarabağ" ümumi hesabda 22-ci yeri tutub və pley-off oynadıqdan sonra Çempionlar Liqasını tərk edib.

