“Qarabağ”ın müdafiəçisi: “Vurduğumuz 3 qol onları həvəsdən saldı”

00:40 Qarabağ 72
“Qarabağ”ın müdafiəçisi: “Vurduğumuz 3 qol onları həvəsdən saldı”

“Artıq bütün fikrimizi çempionata yönəltmişik.

Bundan əvvəl çətin idi, üç cəbhədə mübarizə aparırdıq, indi isə diqqətimiz tamamilə Premyer Liqa matçlarındadır.

Günbəgün çempionatda daha yaxşı “Qarabağ” görəcəksiniz”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev deyib.

26 yaşlı müdafiəçi Misli Premyer Liqasının XXIII turunda “Araz-Naxçıvan”ı 6 cavabsız qolla məğlub etdikləri matçdan danışıb:

“Əla qələbə idi, haqq edirdik. Bəlkə də kənardan baxanda asan görünür, amma elə olmadı.

“Araz-Naxçıvan” güclü komandadır, fərdi olaraq da oyunçuları yüksək ustalığa malikdir. Amma birinci hissədə vurduğumuz 3 qol onları həvəsdən saldı.

Bu isə bizim qələbəmizə kölgə düşürə bilməz. Ümumilikdə kombinasiya baxımından hər şey bizim üçün yaxşı idi.

Komandamızı təbrik edirəm. Böyükhesablı qələbəni bizi izləyən xanımlara həsr edirik. Onları təbrik edirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti