«Qarabağ» Belarusdan gələn təklifi son anda geri çevirib.
Ağdam təmsilçisi paytaxt Minskdə təşkil oulnan turnirdə iştirakdan imtina edib və 10 yaşlılardan ibarət komandasını ora göndərməyib.
«Köhlən atlar»ın belə qərar verməsinə səbəb regiondakı gərginlikdir.
Ukraynadakı müharibəyə görə riskə getmək istəməyən «Qarabağ»ın rəhbərliyi «Bizim gələcəyimiz» turnirinin təşkilatçılarını bu barədə məlumatlandırıb.
Beləcə, yarışda yalnız Belarus və Rusiya komandalarının iştirak edəcəyi dəqiqləşib.
SPORTİNFO.AZ

