GÜNDƏM - "Qarabağ" güclə tapdığı yeni qolçusunu da satmalı olacaq?

19:00 Qarabağ 261
GÜNDƏM - "Qarabağ"  güclə tapdığı yeni qolçusunu da satmalı olacaq?

Qarabağ"ın futbolçusu Kamilo Duran Kolumbiya millisinə çağırılıb.

24 yaşlı futbolçu martda keçiriləcək yoldaşlıq görüşləri üçün dəvət olunub.

Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq.

Hər iki görüş ABŞ-ın Orlando şəhərində keçiriləcək.

Gənclər millisində yer alan, amma əsas milli komandaya heç vaxt dəvət olunmayan Duran “Qarabağ”ın heyətində bu mövsümki çıxışından sonra Kolumbiya yığmasına çağırılıb.

Duran adına böyük çağırışdır.

Cənubi amerikalı uşağın xəyalları gerçək olur.

Təbii ki, onun yüksəlişində Qurban Qurbanovun əməyi var.

"Qarabağ"dakı çıxışı ilə buna nail olub.

Ağdam klubu da bundan məmnun qala bilər.

Həm də narahat...

Kolumbiyada onu izləyib, inkişafını görüblərsə, deməli Avropadakı skautlar da "Qarabağ"da belə biri olmasından xəbərsiz deyil.

Çempionlar Liqasında 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan "17 nömrə" Premyer Liqada da əla sürət yığıb.

Keçirdiyi 21 matçda adına 4 qol, 6 məhsuldar ötürmə yazdırıb.

3 qol, 3 məhsuldar ötürməsini son 4 görüşə sığdırıb.

Avrokuboklarda birqayda olaraq hücumçu kimi çıxış edirdisə, yerli matçlarda həm də özünə doğma vinger mövqeyində əla işlər görür.

Yaxın keçmişdə Juninyo, Kadi Borqes kimi nümunələr göstərir ki, belə vəziyyətdə Duran kimiləri uzun müddət klubda saxlamaq müşkilə çevrilir.

Yəqin ki, bu dəfə də tendensiyanı dəyişmək çətin olacaq.

Ən yaxşı halda onun buradakı ömrünü müvəqqəti uzatmaq olar.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti