Fəaliyyətini dayandıran klubun baş məşqçisi “Qarabağ”da: “Bu, bəxt məsələsi deyil”

09:20 Qarabağ 140
Fəaliyyətini dayandıran klubun baş məşqçisi “Qarabağ”da: “Bu, bəxt məsələsi deyil”

AKAS-ın (Qazaxıstanı) baş məşqçisi Dovran Kendjaxunov “Qarabağ”da keçdiyi təcrübə barədə danışıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında təcrübə proqramının bir ay davam edəcəyini deyib.

Kendjaxunov Ağdam klubundakı həmkarı Qurban Qurbanovla tanışlıqdan da bəhs edib:

“Təcrübə kifayət qədər uzunmüddətlidir – bir ay davam edəcək. “Qarabağ”da məni çox isti qarşıladılar:

klubun strukturunu tanıtdılar, bütün otaqları göstərdilər və hətta forma da təqdim etdilər. Baş məşqçi Qurban Qurbanovla tanışlıq sakit və rəsmi atmosferdə keçdi.

O, çox ciddi və lider enerjisi olan insandır. Məlum oldu ki, o, Almatını və hətta Qazaxıstan Premyer Liqasının klublarını yaxşı tanıyır.

Qurbanov mənə məşqçilər heyətinə, məşq prosesinə və adətən qapalı keçirilən nəzəri məşğələlərə tam çıxış imkanı verdi”.

Qazaxıstanlı mütəxəssis bildirib ki, “Qarabağ”ın avrokuboklarda əldə etdiyi uğurlar uzunmüddətli və sistemli işin nəticəsidir:

“Əslində, “Qarabağ” tamam başqa səviyyədir. Hər şeyi içəridən görəndə anlayırsan ki, onlar bu uğurlara necə nail olublar və niyə Çempionlar Liqasının pley-off mərhələsində oynaya bilirlər. Bu, sadəcə bəxt məsələsi deyil”.

AKAS yanvarda fəaliyyətini 1 il müddətinə dayandırdığını açıqlayıb. Komanda 2025-ci il mövsümündə birinci liqada 9-cu yeri tutmuşdu.

showpic el100 n - Futbolinfo.az
Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti