“Qarabağö”ın “ALTI”sı

11 Mart 08:20 Qarabağ 384
“Qarabağö”ın “ALTI”sı

Misli Premyer Liqasında 2025/2026 mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, XXIII tura təsadüf edib.

“Qarabağ” “Araz-Naxçıvan”ın qapısından 6 cavabsız top keçirib.

Cari mövsümdə ilk dəfə bir komanda 6 top fərqi ilə qalib gəlib. Ağdam klubu həm də mövsümdə bir oyunda 6 qol vuran ilk komanda olub.

Bunadək mövsümün rekordu 5:0-a bərabər idi. 2025-ci il avqustun 30-da “Zirə” evdə “Kəpəz”ə, sentyabrın 21-də “Qarabağ” səfərdə “Araz-Naxçıvan”a 5 cavabsız qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq
16 Aprel 00:50 Yenə qazaxlara uduzduq