“Qarabağ”ın legioneri Leandro Andrade Premyer Liqada 40-cı qolunu vurub.
Sportinf.az PFL-in saytına istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin yubiley qolu 127-ci oyununa təsadüf edib.
O, Misli Premyer Liqasının 23-cü turunun “Araz-Naxçıvan”la görüşündə (6:0) dubl müəllifi olub.
Leandronun ilk qolu yubiley xarakterli olub. İkinci dəfə fərqlənməklə isə Azərbaycan çempionatlarındakı göstəricisini 41-ə çatdırıb.
Premyer Liqada 2021/22 mövsümündə debüt edən və yalnız “Qarabağ”da çıxış edən Andrade turnirin tarixinə 40 və daha çox qol vuran 70-ci futbolçu kimi düşüb.
Yarımmüdafiəçi 41 qol vuran Samir A. Məmmədov, Fazil Əsədov, Leandro Qomeş, Baqali Daboya şərik çıxıb.

