"Qarabağ"ın Çempionlar Liqasındakı ən gözəl 5 qolu - VİDEO

10 Mart 23:40 Qarabağ 662
"Qarabağ"ın Çempionlar Liqasındakı ən gözəl 5 qolu - VİDEO

“Qarabağ” bu mövsüm Çempionlar Liqasında (ÇL) möhtəşəm tarix yazdı.

Ağdam klubu ikinci dəfə vəsiqə qazandığı mötəbər yarışda pley-off mərhələsinədək mübarizəni davam etdirdi.

Əsas mərhələnin turnir cədvəlində 23-cü yeri tutan «köhlən atlar» 10 xal topladı.

«Benfika», «Kopenhagen» və «Ayntraxt»a qalib gəlməyi bacaran Azərbaycan çempionu «Çelsi» ilə heç-heçə etdi.

«Ayaks», «Atletik», «Napoli» və «Liverpul»a məğlub oldular. Təmsilçimiz bu rəqiblərdən yalnız «Napoli» və «Liverpul»un qapısına yol tapa bilmədi.

«Nyukasl»la pley-off görüşləri isə 1:6 və 2:3 hesabıyla başa çatdı.

Qurban Qurbanovun çalışdırdığı komanda ÇL-də keçirdiyi 10 matçda üst-üstə 16 dəfə fərqləndi. Bəs onlar arasında hansı qollar gözəlliyi ilə seçildi?

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!