Qapaz vurmaq harana yaraşır?

20:40 Qarabağ 162
Qapaz vurmaq harana yaraşır?

“Araz-Naxçıvan”la oyundan sonra jurnalistlərə müsahibə verən “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin başına dəyən qapazın görüntüləri sosial şəbəkələrdə müzakirəyə çevrilib.

Əslində, şişirdəcək qeyri-adi heç nə yoxdur. Dünya futbolunda bir-biri ilə zarafatlaşan o qədər futbolçulara rast gəlmişik ki. Hələ bundan da betərini edənləri görmüşük.

Odur ki, ilk baxışda zərrə qədər təəccüblənmədim. Zarafatdır da.

Ancaq bunu edən şəxsin Ramil Şeydayev olduğunu biləndə...

Onu Kevin Medina etsəydi, ya Leandro Andrade, Kamilo Duran, nə bilim, Mateuş Koxalski, hardasa qəbullanmaq olardı. Hər birinin “Qarabağ”ın uğurlarında payı var , əhvalları yerindədir və bu tip zarafat etmələri normaldır.

Ramil hansı gününə şitlik edir görəsən?

Pul dalınca qaçıb karyerasını alt-üst etdiyinə, bu gün ölkədə ikinci dərəcəli futbolçu kimi belə qəbul olunmadığına, “Qarabağ”da şans qazana bilmədiyinə, Çempionlar Liqası kimi mötəbər turnir üçün sifariş olunmadığına, yoxsa başqa nəyəsə görə?

3-5 il əvvəlki Şeydayevdən əsər-əlamət qalmayıb. Karyerasının ən pik nöqtəsində “Qarabağ”ı atıb Taylanda qaçan, oradan Türkiyəyə yön alan, “Neftçi”də heç nə etməyə-etməyə yüzminlər qazanan, indi də “Qarabağ”da günü günə satan adam məntiqlə gözə görünməməlidir, dəsmal götürüb ağlamalıdır.

Elvinin başına qapaz vurmaq sənin harana, hansı gününə yaraşır, ay Ramil?

Dərinə getsək, o qapazı Elvin sənin başına “geydirməlidir”. Özünü saldığın vəziyyətə görə.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti