“Qarabağ”a gəlməyə razılıq verdi, bəxti açıldı, ilk dəfə millidən dəvət aldı

10 Mart 19:20 Qarabağ 2 697
“Qarabağ”a gəlməyə razılıq verdi, bəxti açıldı, ilk dəfə millidən dəvət aldı

"Qarabağ"ın hücumçusu Kamilo Duran Kolumbiya millisinə çağırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

24 yaşlı forvard martda keçiriləcək yoldaşlıq görüşləri üçün dəvət olunub.

İndiyədək milliyə dəvət olunmayan Duran “Qarabağ”ın heyətində bu mövsümki çıxışından sonra Kolumbiya yığmasına çağırılıb.

Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-ın Orlando şəhərində keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!