“Qarabağ”ı tərk edəcək və “Top-5” liqalardakı klublardan birinə keçəcək

14:20 Qarabağ 184
“Qarabağ”ı tərk edəcək və “Top-5” liqalardakı klublardan birinə keçəcək

“Ayntraxt” “Qarabağ”ın vingeri Emmanuel Addainin transferində israrını davam etdirir.

Sportinfo.az saytının Afrika mətbuatına istinadən məlumatına görə, Bundesliqa təmsilçisi qanalı futbolçunun keçidini qısa müddətdə həll etmək niyyətindədir.

Çünki Addainin xidmətində Avropanın başqa klubları da maraqlıdır. Frankfurtlular isə mübarizədən qalib ayrılmaq üçün onunla tez bir zamanda şəxsi müqaviləni imzalamaq istəyir.

Məlumatda bildirilib ki, Addai istənilən halda yayda “Qarabağ”ı tərk edəcək və böyük ehtimalla “Top-5” liqalardakı klublardan birinə keçəcək.

Bu, onun Qana millisinə də yolunu açacaq. “Qarabağ”ın isə oyunçu ilə müqaviləsini yeniləməyə çalışdığı vurğulanıb. Azərbaycan çempionu bu yolla onun transferindən gəlir əldə edə bilər.

Əks təqdirdə, oyunçu mövsümün sonunda azad agent kimi istədiyi komandaya keçə bilər. Çünki onun ağdamlılarla müqavilə müddəti yaya qədərdir.

Emmanuel Addai “Qarabağ”a 2024-cü ilin yayında İspaniyanın “Alkorkon” klubundan keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti