"Qarabağ"ın "Levski"dən Mustafa Sanqare ilə maraqlanması barədə sostal şəbəkələrdə yeni xəbər yayılıb.
Bildirilir ki, "köhlən atlar" 27 yaşlı hücumçunu yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.
Malidən olan forvard cari mövsüm Bolqarıstan çempionatında 20 oyunda 9 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Ölkəsinin əsas millisinin üzvü ötən ilin avqustunda Konfrans Liqasında "Sabah"a qarşı keçirilən oyunda meydanda olub.
Afrikalının ötən ilin sonunda yenilənən bazar dəyəri 1.5 milyon avro təşkil edir. Onun Sofiya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Xəbərdə qeyd olunur ki, Ağdam klubu qarşı tərəfə təzminat ödəməyə hazırdır.
Saytımızın əldə etdiyi məlumata görə, Mustafa bir müddət əvvəl «Qarabağ»ın transfer siyahısında yer alıb.
O, müxtəlif menecerlər təklifindən Azərbaycan çempionuna təklif edilib. Ön xətt oyunçusu Bolqarıstanı ölkəmizə dəyişməyə hazır olması barədə «Qarabağ»a xəbər göndərib.
Lakin intensiv danışıqların getməsindən danışmaq hələ tezdir. Ağdamlı rəsmilər "Levski"də çalışan həmkarları ilə bu konteksdə fikir alış-verişinə start verməyib.
Bir qədər gözləmə mövqeyində dayanıblar. Səbəb bolqarların ona görə istəyə biləcəyi kompensasiya ilə bağlıdır.
«Qarabağ»da belə bir məlumat var ki, "Levski" hücumçusunu 1,2 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.
SPORTİNFO.AZ

