Atalarımız yaxşı deyib ki, adın çıxınca,canın çıxsın...
Ramil Şeydayevin işi də buna dönüb.
Milli komandamızın üzvü "Araz-Naxçıvan"la görüşdən sonra müsahibə verən Elvin Cəfərquliyevin yanından keçərkən əlini komanda yoldaşının başına toxundurub.
İndi bu epizod sosial şəbəkələrdə gündəmə çevrilib.
Şeydayevi asıb-kəsən nə qədər desən.
Hər kəsin fikrinə hörmətlə yanaşıram.
Bəlkə də kənardan mənzərə yaxşı görünmür.
Amma belə hallar ilk dəfə deyil axı yaşanır.
Özüm dəfələrlə müsahibələrimdə oxşar halları görmüşəm.
Sadəcə bu dəfə canlı efirə düşməsi diqqətləri hadisəyə çevirib.
Sanki bir növ idmançılar arasında ənənə halına çevrilib.
Özü də eyni şeyi daha çox əcnəbilər edir.
Dünya futbolunda da bənzər hadisələr az olmayıb.
Dünya ulduzların belə müsahibələrində eyni şeyləri az görməmişik.
Niyəsə Ramilə gələndə əxlaqsız hərəkət edibmiş kimi təqdim olunur.
Şeydayev heç vaxt futbol ictimaiyyəti tərəfindən müsbət persona kimi qəbul edilməyib.
Məsələn, onun yerində Elvin Cəfərquliyev və ya Kadi Borqes olsaydı, pozitiv hadisə kimi qarşılanacaqdı.
Nə yazıq ki, məsələ Şeydayevə gələndə münasibət əməlli-başlı dəyişir.
XANOĞLAN / SPORTİNFO.AZ

