“Sabah”ın məşqçisi ilə bağlı təəssüf hissi o oldu ki, qalmaqal heç yaşanmamalı idi.
Bəzən belə qalmaqallar futbolçularda daha çox məsuliyyət yaradır.
Mən ümumiyyətlə belə hallarda vərəqə verilməsinin əleyhinəyəm. Qırmızı vərəqə olmamalıdır.
Bu, içəridən gələn, yəni kin deyil. Bu, sırf futbolla bağlı haldır. Bəzən öz aramızda futbol oynayırıq. Orada söyüş belə olur. Futbolda belə hallar baş verir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

