“Qarabağ”dan "Sportinfo"ya deyildi: “Bu, bizə problem yarada bilər”

8 Mart 18:35 Qarabağ 278
“Qarabağ”dan "Sportinfo"ya deyildi: “Bu, bizə problem yarada bilər”

Çempionluq mübarizəsində “Sabah”ı qarabaqara izləyən “Qarabağ” daha bir iddialı rəqiblə üz-üzədir.

Ölkə kubokunda yarımfinala adlayan “köhlən atlar” bu dəfə “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək.

Həmin “Araz-Naxçıvan” ki, son 3 turda 2 qələbəyə sevinib, “Zirə”yə məğlub olub.

Cari mövsümdə “Qarabağ”la “Araz-Naxçıvan” arasında baş tutan hər 2 oyunda ağdamlılar rəqibini darmadağın edib – 5:0, 5:1.

Komandasının aparıcı futbolçularından olan Elvin Cəfərquliyev Sportinfo.az-a açıqlamasında qarşıdakı matçla bağlı danışıb:

“Araz-Naxçıvan”la əvvəlki oyunlar keçmişdə qalıb. Həmin görüşlərin nəticəsi bizi arxayınlaşdıra bilməz.

Çempionatın həlledici mərhələsidir deyə, bütün komandalar oyuna məsuliyyətlə yanaşır, diqqətli olmağa çalışır.

Ani diqqətsizlik bizə problem yarada bilər. Ona görə də diqqətli və məsuliyyətli olmalıyıq.

Bundan sonra bütün fikrimizi Premyer Liqaya və Azərbaycan kubokuna yönəldəcəyik. Azarkeşlər üçün maraqlı qarşılaşma olacağını düşünürəm. İnşallah, yekunda qələbəyə sevinərik”.

Martın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 19:15-də başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti