“Qalatasaray”ın maraqlandığı yeniyetmə “Qarabağ”ın əsas komandasına çağırıldı - FOTO

11:05 Qarabağ 300
“Qalatasaray”ın maraqlandığı yeniyetmə “Qarabağ”ın əsas komandasına çağırıldı - FOTO

dQurban Qurbanov Əli Bəşirovdan sonra daha bir 15 yaşlı yeniyetməni «Qarabağ»ın əsas komandasına cəlb edib.

Bilal Hacıyev artıq onun sərəncamındadır.

Adıçəkilən qapıçı son məşqlərə qatılıb və özünü yaxşı tərəfdən göstərməyi bacarıb.

Onun hazırlıq prosesində sərgilədiyi performans baş məşqçini də təəccübləndirib. Təcrübəli mütəxəssis Hacıyevin böyük potensiala malik olduğunu bildirib.

Bilal Ağdam klubunun akademiyasının yetirməsidir.

Bir müddət əvvəl «Qalatasaray»ın da maralanmağa başladığı kiper «Qarabağ»ın U-19 komandanın heyətində UEFA Gənclər Liqasında debüt etmək şansı qazanıb.

Yaşının az olmasına baxmayaraq, o, 19 yaşadək futbolçulardan ibarət milliyə də cəlb olunub.

SPORTİNFO.AZ

"Şəki" evdə "Sabah"a uduzdu, "Abşeron" NTD-ni üstələdi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 Mart 22:40 Eh, elə bu qədər?