“Qarabağ”dan sonra daha məşhur kluba getmək istəyir

8 Mart 13:35 Qarabağ 2 878
“Qarabağ”dan sonra daha məşhur kluba getmək istəyir

Sportinfo.az “Qarabağ”ın yeni transferi, fransalı son cinah müdafiəçisi Jeremi Qnalinin müsahibəsini təqdim edir:

- “Şamaxı”ya qarşı keçirilən oyunda ilk dəfə “Qarabağ”ın heyətində meydana çıxdınız. Debütunuzu necə dəyərləndirirsiniz?

- Bəli, bu, yeni klubumda ilk oyunum idi. Debütumdan razıyam. Çünki qələbə qazanmaqla yarımfinala vəsiqə qazandıq. Debüt matçım olduğu üçün komanda yoldaşlarım da mənə kömək etdilər. Bundan sonra ancaq irəli getmək barədə düşünürəm.

- “Qarabağ”ın finala adlamaq şansını necə qiymətləndirirsiniz?

- Rəqibin hansı durumda olması əhəmiyyət kəsb etmir. Əsas bizik. Biz bir olsaq, yaxşı mübarizə aparsaq, istənilən komandaya qalib gələrik.

- Yeni komandanıza artıq tam uyğunlaşa bilmisiniz, yoxsa bir qədər də zaman ehtiyac duyursunuz?

- Elə bir problem yoxdur. Uzun zamana ehtiyac duymuram. Burada özümü çox yaxşı hiss edirəm.

- Bakıya gəldikdən sonra bir müddət formaya düşmək üçün komandanın oyunlarını izləyirdiniz. Kənardan “Qarabağ” necə görünürdü?

- Görünən o idi ki, komanda daim baş məşqçinin göstərişlərini yerinə yetirməyə çalışır. Topu itirdikdən sonra dərhal pressinq tətbiq edilməlidir və s. Bütün bunlar da mənim oyun tərzimə uyğundur.

- Azərbaycandan təklif gələndə futbolun buradakı vəziyyətini araşdırdınız, yoxsa “Qarabağ”ın adı təklifi qəbul etməyinizə bəs etdi?

- “Qarabağ” adı mənim üçün yüksəlişə doğru bir tramplindir. Daha əvvəl İspaniyada aşağı divizionda oynamışdım. Sonra Kiprə yollandım, AEK-lə birgə UEFA Konfrans Liqasında oynamaq şansım oldu. “Qarabağ” isə daim avrokubokların qrup mərhələsində oynayır. Ona görə də bu keçid mənim üçün inkişaf etmək baxımından tramplin ola bilər.

- “Neftçi”nin yarımmüdafiəçisi İmad Farajla AEK-də birgə çıxış etmisiniz. “Qarabağ”a keçməmişdən qabaq onunla məsləhətləşdiniz?

- Bəli, İmadla danışdım. O, mənə Bakının çox gözəl şəhər olduğunu dedi, bütün lazımi məlumatları verdi. Ümumiyyətlə, bu qərarı verməyimə İmad Faraj böyük dəstək oldu.

- “Qarabağ”ın çempionluq şansını necə dəyərləndirirsiniz?

- Mənə görə bir işə tam fokuslanmısansa, heç bir şey mümkünsüz deyil.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti