“Qarabağ”da üzə çıxan istedad Avropa ölkəsinə baxışa gedəcək - FOTO 

00:30 Qarabağ 250
“Qarabağ”da üzə çıxan istedad Avropa ölkəsinə baxışa gedəcək - FOTO 

Son dövrlər "Qarabağ"ın 15 yaşlı futbolçusu Əli Bəşirov öz oyunu ilə diqqət çəkir.

O, yaşının az olmasına baxmayaraq, bu qış hətta Qurban Qurbanov tərəfindən əsas komandanın Türkiyənin Antalya şəhərindəki toplanışına cəlb olunub.

Yəni hücumameyilli yarımmüdafiəçi öz potensialı ilə baş məşqçi Qurban Qurbanovun da diqqətini çəkib.

Ə.Bəşirov həm də Azərbaycanın U-18 milli komandasının üzvüdür və bu yaxınlarda Belarusda keçirilən Beynəlxalq İnkişaf Turnirində iştirak edib, gözəl qol vurması ilə fərqlənib

Sportinfo.az xəbər verir ki, Ə.Bəşirovun oyunu artıq bəzi xarici klubların da diqqətini cəlb edib.

Etibarlı mənbələrdən qol.az-a daxil olan xəbərə görə, istedadlı futbolçu Fransadan "Strasburq"un maraq dairəsinə düşüb.

Ə.Bəşirov hətta artıq Liqa-1 təmsilçisinin baxışına da dəvət edilib. Bəşirov may ayında Fransaya yola düşəcək və "Strasburq"un düşərəsində 10-15 günlük baxışda olacaq.

Onun gənclərdən ibarət komandada hazırlıq keçəcəyi bildirilir. Bəşirov baxış zamanı da özünü doğrultsa, yeni mövsümdə karyerasını Fransada davam etdirəcək.

15 yaşlı Əli "Qarabağ"ın bugünkü məşqində - Video

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti