Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda çərçivəsində keçirilən “Qarabağ” - “Şamaxı” matçında qeyri-adi hadisə yaşanıb.
Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın 90+3-cü dəqiqəsində tribunadan bir azarkeş meydana daxil olaraq “Qarabağ”ın fransalı vingeri Abdullah Zubirlə şəkil çəkdirmək istəyib.
Ağdam klubununun hücum epizodu zamanı baş verən hadisə zamanı 35 yaşlı yarımmüdafiəçi təəccübünü gizlətməyib. Kapitan azarkeşin istəyini yerinə yetirməyə çalışsa da, komanda ilə birlikdə hücuma qoşulmalı olub.
Təhlükəsizlik tədbirlərini lazımi səviyyədə təşkil etmədiyinə görə “Qarabağ”ın AFFA tərəfindən cərimələnəcəyi istisna deyil.
“Qarabağ” “Şamaxı”nı iki oyunun nəticəsinə əsasən 4:3 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

