“Qarabağ” heyətinə yeni hücumçu cəlb edə bilər.
Bu barədə Qazaxıstanın “Goal.kz” portalı məlumat yayıb.
Bildirilib ki, Ağdam klubu “Han-Tenqri”nin forvardı Hüseyn Qəmbərovla maraqlanır.
“Qarabağ”la yanaşı, “Qalatasaray” da 16 yaşlı Hüseyni heyətinə qatmaq niyyətindədir.
Qazaxların iddiasına görə, tərəflər arasında danışıqlar gedir. Lakin oyunçu yetkinlik yaşına çatmadığı üçün onun hələlik öz ölkəsində oynamağa davam etməsi planlaşdırılır.
Qəmbərov özəl klub olan FFK-nın yetirməsidir. O, Almatı Liqasının ən yaxşı hücumçusu seçilib.
“Qarabağ”ın futbol akademiyasının koordinatoru Aftandil Hacıyev bu xəbərlə bağlı Sportinfo.az-a açıqlama verib:
“Hüseyn Qəmbərov haqda mətbuatda gedən məlumatla tanışam. Açığı, onun adını ilk dəfədir eşidirəm.
Haqqında heç nə bilmirəm. “Qarabağ“dan bu hücumçu ilə heç kim danşımayıb.
Klubdan bir neçə nəfərdən soruşdum, Hüseynin maraq dairəsində olmadığını dedilər“.


