Nazirin adamı: "Qarabağ"ın uğuru ölkə iqtisadiyyatına xeyir verdi"

11:00 Qarabağ 127
Nazirin adamı: "Qarabağ"ın uğuru ölkə iqtisadiyyatına xeyir verdi"

Azərbaycanın bütün idman federasiyaları kütləviliyin artırılması üçün çalışırlar.

Sportinfo.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov deyib.

Nazirlik rəsmisi Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşündə fikirlərini bölüşüb.

O, ötən il Azərbaycanda III MDB Oyunlarının keçirildiyini xatırladıb:

"Bu dəfə yarışda ikinci yeri tutduq. Mükafat qazananların hamısı yerli idmançılar idi.

Federasiyalar rəqabət apara biləcək idmançılar yetişdirirlər. Xankəndidə də III MDB Oyunları baş tutdu. Qonaqlar da bundan razı qaldılar".

E.Məmmədov infrastruktur məsələsinə də toxunub:

"Azərbaycandakı federasiyaların infrastrukturu ilə bağlı suallar var. Voleybol, futbol, həndbolda bunlar mövcuddur.

Bu, kütləviliyin artırılması üçün müəyyən problem yaradır. İdman iqtisadiyyatı anlayışını ortaya gətirmək istəyirik.

İdman sahəsində çalışanlar nə qədər vergi verirlər? Onların nə qədər xərcləri var?

Bakıdakı "Formula 1" yarışı bizim üçün strateji turnirdir. Bu idman növü digər sahələrə də xeyir verir.

İqtisadi fəallıq idmanın ayağına yazılmır. "Qarabağ"ın uğuru ölkə iqtisadiyyatına xeyir verdi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti