“Qarabağ”ın KADİsi: “Çempionatı da, kuboku da qazanmaq istəyirik”

00:50 Qarabağ 86
“Qarabağ”ın KADİsi: “Çempionatı da, kuboku da qazanmaq istəyirik”

"Bizim üçün bütün yarışlar önəmlidir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Braziliyalı legioner həm Premyer Liqa çempionluğunu, həm də ölkə kubokunu qazanmaq istədiklərini bildirib:

“Futbolda hər şeyə hazır olmaq lazımdır. Əgər rəqib penaltini dəqiq yerinə yetirsəydi, əlavə vaxta gedəcəkdik.

Belə oyunlarda hər bir epizod önəm daşıyır. Hər bir turnirdə qarşımıza maksimum hədəflər qoyuruq.

Çempionatı da, kuboku da qazanmaq istəyirik. Bu səbəbdən də "Şamaxı" ilə görüş vacib idi.

İlk matçda hesab xeyrimizə olmasa da, yekunda iki oyunun nəticəsi üzümüzü güldürdü. Yaxşı oynadıq, layiqli olaraq yarımfinaldayıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti