Bu mövsüm Çempionlar Liqasında pley-off mərhələsinə qədər irəliləməyi bacaran «Qarabağ» artıq indidən yay transfer bazarlığına hazırlıq görür.
Ağdam təmsilçisi heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb.
«Köhlən atlar»ın rəhbərliyi Qurban Qurbanovun xidmətinə maraq göstərdiyi Jali Muaddiblə danışıqlara başlayıb.
Son illərin dəyişməz çempionu 25 yaşlı vingerə 3+1 illik müqavilə təklif edib.
2019-cu ildə Fransanın U-19 yığmasına çağırılmış və burada 1 oyuna 1 qol vurmuş yarımmüdafiəçi "Lill"«n yetirməsidir.
2018-2020-ci illər aralığında bu klubun əvəzedict heyətində çıxış edib. Növbəti 3 ildə isə «Angers B»yə məxsus olub.
Bu müddətdə icarə əsasında «Avrançes»in uğurları üçün tər töküb. 2023-cü ildə Rumıniyaya yollanıb, «Botaşani» ilə anlaşıb.
İki il burada özünü göstərəndən sonra ötən ilin yayında Kiprə üz tutub. Hazırda da «Omoniya Aradippu»ya aiddir.
SPORTİNFO.AZ

