Təəssüf… Azərbaycanda “Qarabağ”a könül verən vur-tut 750 nəfərdir! - FOTOLAR

5 Mart 23:00 Qarabağ 134
Təəssüf… Azərbaycanda “Qarabağ”a könül verən vur-tut 750 nəfərdir! - FOTOLAR

Premyer Liqanın 22-ci turunda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Sabah” matçında 10361 bilet satılmışdı.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Şamaxı” qarşılaşmasında isə 750 bilet satılmışdı.

Deyək ki, “Qarabağ” – “Sabah” oyunu prinsipial əhəmiyyət daşıyırdı və arenaya toplaşanların təxminən 3 min nəfəri qonaq komandanı dəstəkləmək üçün təşrif buyurmuşdu. Yerdə qalan 7 min nəfəri də “Qarabağ”ın adına yazaq.

Belədirsə, həmin 7 min nəfərin yarısı, lap deyək, yarısının yarısı “Şamaxı” ilə görüşdə haradaydı?

“Sabah”la qarşılaşmada “Qarabağ”ı dəstəkləmək üçün gəlmişdilərsə, “Şamaxı” ilə dueldə hara yoxa çıxmışdılar?

7 minin yarısı yox, yarısının yarısı, hətta yarısının yarısının yarısı belə ayaqlarına əziyyət verməyi özünə rəva bilməmişdi.

“Şamaxı” ilə matç kifayət qədər maraqlı və gərgin keçdi. Qapılara 4 qol vuruldu, penalti imkanı qaçırıldı, hətta oyunun əlavə vaxta qədər uzanması ehtimalı yaranmışdı. Yəni son dərəcə maraqlı mübarizəyə şahidlik etdik.

Çempionlar Liqasında stadionu dolduran, bilet almaq uğrunda qırğına çıxan, “Sabah” və “Neftçi” kimi rəqiblərlə oyunlarda həvəslənən tərəfdarların ortabab rəqiblərlə görüşlərdə qeyb olması ortaya cavabsız suallar çıxarır.

Bir şey məlumdur ki, bu ölkədə “Qarabağ”ı sidqi ürəkdən sevən, xoş və çətin günlərdə yanında olan, istidə, soyuqda tribunadakı yerini tutanların sayı 1000 nəfəri ötmür. Daha dəqiq desək, 750 nəfərdir.

“Qarabağ” – “Şamaxı” matçında tribunadakı yerini tutan adamlar.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti