Bu hücumçu “Qarabağ”a təklif olunub – Transfer realdırmı?

16 Yanvar 2025 11:40 Qarabağ 23 014
Bu hücumçu “Qarabağ”a təklif olunub – Transfer realdırmı?

“Qarabağ” mərkəz hücumçusu axtarışlarını davam etdirir.

Bu barədə Polşanın “goal.pl” portalı məlumat yayıb.

Saytın iddiasına görə, Ağdam təmsilçisi “Legiya"nın fransalı hücumçusu Migel Alfarelanı transfer etmək istəyir.

Bildirilib ki, Polşa təmsilçisinin 27 yaşlı futbolçuya başqa təklifləri də var.

Gerçəyi bilmək istəyirsizsə, Migel Alfarela “Qarabağ“a təklif olunub. əcnəbi menecerlər onun Azərbaycana gələ biləcəyi barədə “köhlən atlar“ı məlumatlandırıb.

Ağdam təmsilçisi sözügedən forvardın maliyyə şərtləri ilə maraqlanıb. Ancaq görüşmələr hələlik ciddi xarakter almayıb və rəsmi müstəviyə keçməyib.

Alfarela ötən yay 1 milyon avroya “Bastiya”dan (Fransa) “Legiya”ya keçib. Onun paytaxt təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Transfermarkt portalı forvardın bazar dəyərini 600 min avro qiymətləndirir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!