100-ə yaxın azərbaycanlı “Qarabağ” üçün bir araya gələcək

12 Dekabr 2024 21:20 Qarabağ 400
100-ə yaxın azərbaycanlı “Qarabağ” üçün bir araya gələcək

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” bu gecə növbəti oyuna çıxacaq.

Liqa mərhələsinin VI turundakı rəqib “Elfsborq”dur.

"Köhlən atlar” bu matçda da dəstəksiz qalmayacaq.

Oyunun həftəiçi axşam saatlarında, üstəlik, payataxt Stokholmda yox, kiçik Buros şəhərində keçirilməsinə baxmayaraq, Azərbaycan çempionuna 100-ə yaxın azarkeş stadiinda dəstək verəcək.

Maraq üçün bildirək ki, meydan sahibləri qonaq fanatlar üçün 600 bilet ayırıb.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 00.00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda