"Qarabağ" Rusiyada çempionluq uğrunda oynaya bilər"

14 Aprel 23:20 Qarabağ 2 635
"Qarabağ" Rusiyada çempionluq uğrunda oynaya bilər"

"Qarabağ"ın kapitanı Maksim Medvedev Rusiya Premyer Liqasında çempionluq uğrunda mübarizə apara biləcəklərini söyləyib.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı müdafiəçi bu barədə "Metaratings" nəşrinə müsahibəsində danışıb.

O, hazırda Rusiya təmsilçilərinin yalnız öz aralarında oynadığını xatırladıb:

"Avrokuboklara getmədikcə, səviyyə daha da düşəcək. Nəticələrimizə baxsanız, məncə, çoxları "Qarabağ"ın çempionluq uğrunda mübarizə apara biləcəyi ilə razılaşar".

“Qarabağ”ın yetirməsi olan Maksim Medvedev 2006-cı ildən əsas komandada çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti