9 il “Qarabağ”da oynadı, indi yaxın duran yoxdur

10 İyun 21:20 Qarabağ 6 586
9 il “Qarabağ”da oynadı, indi yaxın duran yoxdur

Abbas Hüseynov karyerasını “Qarabağ”da davam etdirməyəcək.

Baş məşqçi Qurban Qurbanovun bu barədə qərarı qətidir. Təcrübəli çalışdırıcı intizam qaydalarını pozan yaxın qohumunu sərəncamında görmək istəmir.

Belə olduğu halda 30 yaşlı futbolçu karyerasını başqa klubda davam etdirməlidir.

Di gəl, ona yaxın duran yoxdur.

Hüseynovun xaraktrində ciddi nöqsanların olduğunu Premyer Liqada çalışan bütün məşqçilər bilir. Onunla işləmək asan deyil.

Əcnəbi mütəxəssislər bundan xəbərdar olmasa belə, klubda çalışanlar məsələdən xəbərdardır.

Yaşının artması, mütəmadi oynamadığı üçün fiziki durumunun əvvəlkitək olmaması da əlavə çətinlik yaradır.

İddialı klublardan heç biri bu günə qədər Abbasa maraq göstərməyib. Ümid qalır büdcəsi zəif olanlara, onların da ara-sıra millidə görünən futbolçuya istədiyi pulu vermək imkanı yoxdur.

Hələ mövsümün gedişində Abbas Hüseynovun “Zirə”yə, vaxtilə “Qarabağ”da komanda yoldaşı olmuş və yaxından tanıdığı Rəşad Sadıqovun yanına gedəcəyi ehtimal olunurdu. Lakin son yaşananlardan sonra Sadıqov çətin ona qapı aça.

“Qarabağ”dan uzaqlaşdırılan futbolçunun yeganə çıxış yolu karyerasını ölkə xaricində davam etdirməkdir. Təbii ki, xidmətinə ehtiyac duyan tapılsa.

2017-ci ilin yayında “Keşlə”dən (indiki adı “Şamaxı”) “Qarabağ”a keçən Abbas Hüseynov “köhlən atlar”ın heyətində bütün turnirlərdə meydana çıxdığı 182 oyunda 6 qol vurub, 11 məhsuldar ötürmə ilə fərqlənib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!