Çempionluq və kubok mübarizəsində “Sabah”a uduzan “Qarabağ” növbəti mövsümün planlarını cızır.
Mövsüm başa çatandan sonra 4 futbolçu – Sami Mmaee, Emmanuel Addai, Ramil Şeydayev və Toral Bayramovla yollar rəsmən ayrılıb.
Daxili intizam qaydalarını pozan Elvin Cəfərquliyevlə Abbas Hüseynovun ayrılıq xəbəri də an məsələsidir.
Lakin bu, son deyil. Yaxın həftələrdə 1-2 futbolçu da əşyalarını toplayıb başqa ölkəyə üz tuta bilər.
Hazırkı vəziyyət “Qarabağ” üçün xoş gələcək vəd etmir. Qurban Qurbanovun işi ağır yox, çox ağırdır.
Sportinfo.az-ın əməkdaşı Həbib Aslanov mövzu ilə bağlı “Sportinfo” izləyiciləri üçün danışıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

