"Bizi "Qarabağ"da bacarıqla hər matça optimal vəziyyətə saldılar"

12 Aprel 2024 00:50 Qarabağ 1 009
"Bizi "Qarabağ"da bacarıqla hər matça optimal vəziyyətə saldılar"

"Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiyanın tanınmış “İzvestiya” qəzetinə geniş müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı kiper Ağdam klubu ilə bağlı bir sıra suallara da cavab verib

Lunyov həmçinin komandasının həkimlərinin fəaliyyətini də vurğulayıb:

“Həkim heyətinin məşqçilərlə birgə əməyini qeyd etmək istərdim ki, onlar bizi bacarıqla hər matça optimal vəziyyətə saldılar. Əlbəttə, futbolçuların özlərinin peşəkarlığını, işə yanaşmasını da qeyd etməliyəm.

Biz hər oyuna motivasiyalı, yalnız qələbə qazanmaq arzusu ilə çıxırdıq. Bütün bu amillər nəticəyə təsir etdi.

Ola bilsin ki, bunda rəqiblərin rəqabət yaratmaq problemləri də rol oynayıb. Amma onların adından danışmaq çətindir.

Çempionatın son səkkiz oyununda (müsahibə Premyer Liqanın 29-cu turundan əvvəl götürülüb - red.) mümkün qədər çox xal toplamalıyıq.

Eləcə də qarşıda hələ Azərbaycan kubokunun təkrar yarımfinal matçı var. Mövsümü iki kubokla başa vurmaq əla olardı”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da